Festival bu dəfə Şamaxıda - Fotolar

Festival bu dəfə Şamaxıda - Fotolar
3417 dəfə oxunub
  • A-
  • A
  • A+

Ənənəvi mədəniyyət bayramı olan “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı mayın 16-da öz işini Şamaxı şəhərində davam etdirib.

Axşam.az xəbər verir ki, şəhərin Heydər Əliyev parkında təşkil olunan mədəniyyət bayramında rayon sakinləri və qonaqlar “Nağaraçalanlar”, “Pirqulu” instrumental ansamblının maraqlı ifalarını dinləyiblər. Festivalın zəngin yaradıcılıq proqramını Xalq çalğı alətləri orkestri və xor kollektivinin rəngarəng çıxışları, uşaq incəsənət musiqi məktəbinin şagirdlərinin yaddaqalan təqdimatları maraqlı edib.

Yaradıcılıq festivalı “Buta” rəqs, “Şirvan” folklor kollektivinin özünəməxsus çıxışları ilə davam edib. 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar olaraq kitab guşəsi də qurulub. Məktəblilər görkəmli Azərbaycan şairi İmadəddin Nəsimi ilə bağlı kompozisiya da hazırlayıblar.

Şagirdlərin ifasında şairin obrazı canlandırılıb, qəzəlləri qiraət ustalarının təqdimatında səsləndirilib.