İsti iqlimlərdə yetişən zəncəfil daha çox ədviyya olaraq yeməklərdə istifadə edilir. Bəs bu kök bitkinin faydaları haqqında nə bilirik?

Axşam.az sizə zəncəfilin faydalarından söz açacaq.

İlk oolaraq onu deyək ki, zəncəfil soyuqdəymə və mədə ağrısı üçün çox faydalıdır. Hətta hamilə xanımlar ürəkbulanma zamanı bu bitkidən dəmlənmiş çayı içsələr o dönəmi rahat atlata biləcəklər.

Bundan başqa bu ətirli ədviyya immuniteti artırır, damar tıxanıqlığının qarşısını alır. Xərçəngə qarşı qoruyucudur. Kilo vermək istəyənlər də mətbəxdən zəncəfili əksik etməməlidirlər. Belə ki zəncəfil və darcin qatılaraq dəmlənmiş yaşıl çay metabolizmanı 2 dəfəyədək sürətləndirə bilir. Qan sulandırıcı dərman içən şəxslərin isə bu ədviyyanı istifadə etmədən öncə həkimlə məsləhətləşmələri gərəkdir.



                 

Digər