15 may Beynəlxalq Ailə Günüdür

15 may Beynəlxalq Ailə Günüdür
408 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün - 15 may Beynəlxalq Ailə Günüdür.
 
Axşam.az-ın məlumatına görə, ailə günü BMT Baş Assambleyasının 1993-cü ildə qəbul etdiyi qərarına əsasən, 26 ildir ki qeyd edilir.

BMT demokratik ideyaları dəstəkləyən, sülh və demokratik millətlər birliyini qurmağa səy göstərən bütün dünya ailələrini ailənin cəmiyyətin əsas elementi, kiçik demokratiyanın təməli olduğunu nəzərə alaraq, birləşdirməyə çalışır.

Beynəlxalq Ailə Günü BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1994-cü ildən qeyd olunur. Azərbaycan 2008-ci ildən bu ənənəyə qoşulub. Respublikamızda Ailə bayramının qeyd olunması dövlət qadın siyasətinin əyani təcəssümüdür.

BMT builki Beynəlxalq Ailə Gününün mövzusunu "Ailələr və iqlim dəyişmələri ilə mübarizə" elan edib.