“Çukur”un aktrisası 5,4 milyonluq boyunbağısı ilə Kannda - Foto

“Çukur”un aktrisası 5,4 milyonluq boyunbağısı ilə Kannda - Foto
5757 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Dilan Çiçək Dəniz 72-ci Kann Film Festivalının açılış mərasiminə qatılıb.

Axşam.az xəbər verir ki, o, açıq mavi rəngli libasını 5,4 milyon lirəlik (təxminən 1,5 milyon manat)boyunbağı ilə tamamlayıb.

Aktrisa gecəyə “Messika Jewellery” adlı zinət əşyaları brendinin xüsusi qonağı olaraq təşrif buyurub.

Onun boyunbağısı 80 karatlıq 250 ədəd brilyantdan ibarət olub.

Qeyd edək ki, aktrisa sonuncu dəfə “Çukur “serialında rol alıb.