Ötən gün 64-cü “Eurovision” mahnı müsabiqəsi start götürüb.

Axşam.az xəbər verir ki, səhnəyə ilk olaraq Kipri təmsil edən Tamta “replay” mahnısı ilə çıxıb. Onun performansı Ukraynanı müsabiqədə təmsil etməyə hazırlaşan, lakin qatıla bilməyən Maruvun mahnısı və səhnə şousu ilə bənzərlik təşkil edib. Mahnısında olan çalarlar da buna zəmin yaradıb.

Finala vəsiqə qazanmasa da, Finlandiyadan çıxış edən Sebastian və Darud “Look Away” performansı ilə buna nail olub.

Gecənin maraqlı çıxışlarından biri də Polşanı təmsil edən Tulia qrupu olub. Ekstravaqant geyimləri ilə səhnədə olan solistlər “Fire Of Love” mahnısını ifa edib. Onlar finala keçə bilməyib.

“Friend Of A Friend” mahnısı ilə Çexiyanın adını ucaltmağa çalışan “Lake Malawi” qrupu finala keçməyi bacarıb.

Belarusiya təmsilçisi Zena “Like it” mahnısı ilə gecənin rəngli performansları arasında yer alıb və finala vəsiqə qazanıb.

Gecənin ən möhtəşəm performansını isə Keyt Miller “Zero Gravity” mahnısı ilə edib. Onun yer kürəsinin vizual görüntüsü üzərində əks etdirilən şousu alqışlarla qarşılanıb.

Qeyd edək ki, finala Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya vəsiqə qazanıb.



loading...


                 

Digər