64-cü “Eurovision” mahnı müsabiqəsi başlayıb.

Axşam.az xəbər verir ki, Təl-Əviv Expo Mərkəzində keçiriləcək yarışmanın birinci yarımfinalında bu axşam 17 ölkə təmsilçisi çıxış edəcək.

Onlar Kipr, Çernoqoriya, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estoniya, Portuqaliya, Yunanıstan və San-Marinodur.

***

Səsvermə başa çatıb. 

Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya finala vəsiqə qazandı.

Qeyd edək ki, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Almaniya və ev sahibi İsrail təmsilçiləri birbaşa finalda iştirak edəcəklər.  

 

 



loading...


                 

Digər