“İnsan əziyyətlə sənətə gəlirsə, şəxsi həyatı müzakirə olunmur. Əgər müzakirə edilirsə, bu, aparıcıların günahıdır”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Abdullayeva “Səhər-səhər” proqramında deyib.

O, televiziya aparıcılarını tənqid etməyi də unutmayıb:

“İnstaqramda danışanları verilişə çıxaranda, efirin hörməti düşür. “Like”, “mike” toplayanları qoyardınız qalardı telefonlarda, televiziyaya addım qoymazdılar. Onları gətirirsiniz efirə, hansı ki, musiqidən xəbərləri yoxdur. Tərifləyirsiniz ki, siz bu qədər “like” toplamısınız. Efiri elədiniz heç nə. Nə olmalıydı ki? Televiziyanın əzəməti onun əlçatmazlığı idi”.



                 

Digər