"Eurovision 2019" bu gün başlayır

"Eurovision 2019" bu gün başlayır
977 dəfə oxunub
  • A-
  • A
  • A+

"Eurovision 2019" beynəlxalq mahnı müsabiqəsi bu gün başlayır.

Axşam.az-ın məlumatına görə, İsrailin Təl-Əviv şəhərində keçiriləcək gecəyə Expo Mərkəzdə start veriləcək.

64-cü "Eurovision"da 17 ölkənin təmsilçisi səhnəyə çıxaraq mahnılar səsləndirəcək. Müsabiqəni ötən il "Toy" mahnısı ilə qalib olan Netta və 1998-ci ilə İsrailə birincilik gətirən Dana İnternational açacaq.

Aparıcılığını Bar Refaeli, Erez Tal, Assi Azar və Lucy Ayoub kimi məşhurların edəcəyi tədbirin iştirakçı ölkələri Yunanıstan, Monteneqro, Finlandiya, Sloveniya, Polşa, Çex Resbuplikası, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estoniya, Portuqaliya və San Marinodur. 

Yarışmanın növbəti yarımfinalı mayın 16-da, final isə 18-də keçiriləcək.

Qeyd edək ki, təmsilçimiz Çingiz Mustafayev ikinci yarımfinalda "Truth" mahnısı ilə 18-ci nömrə altında çıxış edəcək.