İki Əməkdar artist arasında gizli “düşmənçilik”

İki Əməkdar artist arasında gizli “düşmənçilik”
2737 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV-də ekrana gələn “Qara yazı” serialında baş rolları canlandıran Əməkdar artistlər Hüsniyə Mürvətova və Kəmalə Müzəffər arasında soyuq küləklər əsir.

Axşam.az-ın əldə etdiyi məlumata görə, onlar eyni serialda boy göstərsələr də, bir-birlərini görməyə gözləri yoxdur.

Hətta buna görə çəkiliş meydançasında aktrisaların sözü də çəp gəlir. Bu yaxınlarda isə onların arasında qalmaqal yaranıb. Buna səbəb isə Kəmalə Müzəffərin improvizəsi olub.

Belə ki, sənətçi senaridə olmayan sözlə həmkarı Hüsniyəyə xitab edib. Bu isə Hüsniyəni özündən çıxarıb. Nəticədə onlar arasında ciddi mübahisə düşüb.

Qeyd edək ki, aktrisalar arasındakı soyuq münasibətin haradan qaynaqlandığı bəlli deyil.