Bu cür kartof zəhərləyir

Bu cür kartof zəhərləyir
4955 dəfə oxunub
  • A-
  • A
  • A+

Saxlanma şəraitinə düzgün əməl edilməyən kartof güclü zəhərlənməyə yol aça bilir.

Axşam.az xəbər verir ki, tərəvəzlər, meyvələr düzgün saxlanılmadığı zaman böcək və göbələklərə qarşı zəhərli maddələr ifraz edir. Kartof da, rütubətli yerdə mühafizə edilərsə, yaşıllaşır və tumurcuqlar əmələ gəlir. Bu tumurcuqlarda isə insan həyatı üçün olduqca təhlükəli hesab edilən solanin maddəsi var.

Həkimlər kartof yedikdən sonra ürək bulanması, boğaz göynəməsi və başağrısı yaranarsa təcili xəstəxanaya getməyi məsləhət görür.