Çinin Yunnan əyalətindəki Mavi Ay çayı turistlərin ən çox ziyarət etdiyi yerlərdən biridir.

Axşam.az xəbər verir ki, mineral sularla zəngin olan çayı yağış yağanda ağ palçıqlar və digər maddələr ağ rəngə boyayır. Buna görə də onu yerli əhali (Naxilər) Ağ su çayı adlandırır.

Çay dağdan axan qar və buzların əriməsi ilə qidalanır. Çayın maraqlı tərəfi isə yay aylarından donmasıdır.

Əhali bildirir ki, əfsanəyə görə iki Naxi gənci bir-birinə aşiq olanda, oğlan qıza olan sevgisini göstərmək üçün ayaqyalın çayın üzərində dayana bilib.

Xalq da bu sevginin çay qurumadığı müddətcə, var olacağına inanır. Çaya eyni zamanda yerli əhalinin qoyduğu “Sevgi çayı” deyə də xitab edirlər.

 
 
 
 
 
 


loading...


                 

Digər