Heç vaxt çimməsək, nə baş verər?

Heç vaxt çimməsək, nə baş verər?
5342 dəfə oxunub
  • A-
  • A
  • A+

Su yox, sabun yox, heç nə yox... Belə bir həyat yaşadığınızı təsəvvür edirsiniz?

Axşam.az “Heç vaxt çimməsəm nə baş verər” sualına cavab axtaranlar üçün yazı dərc edir.

İnsan bədənində minə qədər fərqli bakteriya və səksənə qədər göbələk növü yaşayır. Bu mikroorqanizmlərin bir qismi sağlamlığımız üçün önəmlidir. Onlar pis bakteriyaları qovur və təbii nəmləndiricilərin ortaya çıxmasına rəvac yaradır. Bu zaman isə yuyunmaq mütləqdir. Mütəmadi olaraq çimməyən adamlar ağızlarına, gözlərinə və burunlarına toxunulan zaman özlərini xəstəlik qapan mikroorqanizmlərin qucağına atır.

Yaxşı yuyunmayanda bədəninizdəki yaxşı mikroorqanizmlərlə “pis” mikroorqanizmlər arasında qarışıqlıq yaranır ki, bu da infeksiyaya səbəb olur.

Dəriniz problemdirsə, göbələklər varsa, vəziyyətiniz çox təhlükəlidir. Tər, ölü hüceyrələr və yağ dərinizin üstündə cəmlənir və dəri problemləri xroniki hal alır.

Daha uzun müddət yuyunmayanda isə “dermatosis neglecta” (diqqətdən edilməyən dəri sindromu) deyilən vəziyyət yaranır. Bu zaman dərinin üzərində qəhvəyi xallar əmələ gəlir.

Çimməsəniz bədəninizdən bərbad qoxular gəlməyə başlayacaq. Hər nə qədər “tər qoxusu” deyilən ifadə mövcud olsa da, əslində, tər qoxusu olmayan maddədir. Qısacası, cildimizdəki bakteriyalar tərdəki proteinlər və yağ qalıqlarını yeyir və ortaya qoxular çıxır.

Bəs, çox yuyunsaq nə baş verər? Bu dəfə də vücudumuzdan sağlamlığa faydalı bakteriyaları atmış oluruq. Dərimiz quruyur və nəmini itirir və kiçik çatlaqlar əmələ gəlir. Bu da infeksiyaya səbəb olur.