Xurmanın möcüzəvi faydaları

Xurmanın möcüzəvi faydaları
4624 dəfə oxunub
  • A-
  • A
  • A+

Əsasən Ramazan ayı boyunca süfrələrimizi bəzəyən xurmanın faydaları saymaqla bitmir.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər  verir ki, bu möcüzəvi qida ilə təkbaşına bir öynənizi ötürə bilərsiz.

Şəkər, proteyin, lif və yağdan əlavə 15 mineral və C, B1, B2, niasin, A vitaminləri ilə zəngindir. Dişlərin cürüməsinin əngəlləyən flor və immuniteti gücləndirərərk xərçəngi önləyən selenyum da bu meyvədə bol miqdardadır.

Elm adamları sadəcə xurma və su ilə insanın illərlə yaşaya biləcəyini deyir. Bu mövzuda bir çox elmi məqalələri olan V.H.Douson bildirib ki, insan bir fincan süd və bir neçə xurma ilə günlük ehtiyacı olan bütün maddələri qəbul edir.

Hafizəni gücləndirməsi ilə də bilinən bu meyvə, eyni zamanda döş və bağırsaq xərçəngini də böyük ölçüdə önləyir.

Güclü antioksidant mənbəyi olan xurmanı soyuqda saxladıqda keyfiyyəti daha da artır.

Xurma alarkən quru olmasına və küflənməməsinə diqqət edin.