Məşhur müğənni Los-Ancelesdə qəzaya düşdü

Məşhur müğənni Los-Ancelesdə qəzaya düşdü
4516 dəfə oxunub
  • A-
  • A
  • A+

Ukraynalı müğənni Maks Barskix Los-Ancelesdə avtomobil qəzası keçirib.

Axşam.az xəbər verir ki, o, bu barədə sosial media hesabında məlumat verib.

Sənətçi əzilmiş avtomobilinin fotosunu paylaşaraq bu sözləri yazıb:

“Həyatımın hər anını qiymətləndirməyi unuduram. Bu gün ölkəmdən kənarda olarkən bunun nə qədər dəyərli olduğunu anladım. Diqqətli olun və sahib olduğunuz hər şeyi - ətrafınızdakıları qiymətləndirin. Təhlükəsizlik kəmərini taxdığınızdan əmin olun. O, həyatınızı qurtaracaq. Mən yaxşıyam, narahat olmayın. Dərs aldım”.

Qeyd edək ki, Maks “Туманы” mahnısı ilə məşhurlaşıb. O, “Jara” festivalı çərçivəsində Bakıya da gəlmişdi.