Qadınlar hansı kişiləri bəyənir?

Qadınlar hansı kişiləri bəyənir?
1897 dəfə oxunub
  • A-
  • A
  • A+

Qadınlar nə cür kişilərlə münasibətdə olmağı xoşlayırlar? "Yaraşıqlı, gözəl geyimli, cibi dolu, altında bahalı avtomobili olan kişilərlə" - çoxları belə düşünür? Amma alimlər sübut edib ki, qadınlar ilk baxışda buna önəm versə də, sonradan istəkləri dəyişə bilər.

Axşam.az xəbər verir ki, mindən çox qadın arasında aparılan sorğu nəticəsində bəlli olub ki, münasibət pul, yaraşıq, bahalı həyatla başlasa da, uzun davam etmir.

Bəs qadınları hansı kişilər cəlb edir?

Təkəbbürlü kişi …

Təkəbbürlük kişinin təcrübəli, dəqiq olmasının ilk siqnalıdır. Qadınlar əmindirlər ki, bu cür kişilər onlara istədiklərini verməyə qadirdirlər. Yanında güclü, heysiyyətli kişi olan qadın gələcəkdə uğur qazanacağının qoxusunu hiss edir.

Həyatsevər kişi…

Təkəbbürlü, ciddi olmaqla yanaşı kişinin həyatsevər olduğunu bilmək də qadına vacibdir. O əmin olmalıdır ki, həyatının davamında kişi ilə münasibətdən həzz alacaq, etdiklərini dəyərləndirəcək. O, hər saniyə sənin olmağı arzulayacaq.

İstedadlı kişi…

Qadının diqqətini çəkmək, ona fərqli hisslər yaşadacağını sübut etmək üçün istedadlı olduğunu göstərməyə çalış. Onunla hər görüşəndə, bir yenilik göstər. Beləcə o, səninlə məcburiyyətdən deyil, həqiqətən istədiyi üçün münasibətdə olacaq.