Müğənni uşaqlarının gözü önündə keçmiş arvadını döyüb

Müğənni uşaqlarının gözü önündə keçmiş arvadını döyüb
3871 dəfə oxunub
  • A-
  • A
  • A+

Model Seçkin Piriler ötən gün polis idarəsinə gedərək 2016-cı ildə boşandığı həyat yoldaşı, "Duman" qrupunun solisti Kaan Tangözdən şikayət edib.

Axşam.az-ın məlumatına görə, Seçkin keçmiş ərinin onu döydüyünü iddia edib.

Piriler ifadə verdikdən sonra müayinə üçün xəstəxanaya aparılıb. Məkandan çıxarkən media nümayəndələrindən qaçmağa çalışan modelin avtomobili xəstəxananın qapısına gətirilib.

Seçkin uşaqlarının gözü qabağında atalarının onu döydüyünü iddia edib. O, hətta xəstəxanadan bunu sübut edən kağız da alıb.

Qeyd edək ki, Piriler və Kaan cütlüyünün boşandıqdan sonra da aralarındakı mübahisə davam edib. Cütlük tez-tez mübahisə edir. Bir neçə gün əvvəl hazırki arvadı Kıvılcım Uralla yeməyə gedən Tangöz Pirilerdən olan iki uşağını da aparıb. Bu isə qarşı tərəfin xoşuna gəlməmişdi.