Keçəl idi, indi isə saçları ilə pul qazanır - Foto

Keçəl idi, indi isə saçları ilə pul qazanır - Foto
6432 dəfə oxunub
  • A-
  • A
  • A+

Rus bloqer Anastasiya Sidorova 18 yaşında keçirdiyi xəstəlikdən sonra saçlarını tamamilə itirib.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, daha sonra kosmetoloq yanına gedən gənc qız müalicələrə başlayıb. Nəticə həkimlərin gözləntilərinin qat-qat üstündə olub. Anastasiya əvvəlkindən daha sağlam və uzun saçlara qovuşub.

Hazırda şampun reklamlarına çəkilən gənc qız saçları ilə pul qazanır.

Müalicə bitsə belə, hər gün D vitamini və Omeqa-3 dərmanları qəbul edən Anastasiyanın saçı 1,60 sm uzunluqdadır.

İnstaqramda məşhur olan bloqerin 500 mindən artıq izləyicisi var.