Kazanda keçirilən XV Beynəlxalq Müsəlman Kinosu Festivalında ölkəmiz rejissor İlqar Nəcəfin “Nar bağı” filmi ilə təmsil olunub.
Axşam.az xəbər verir ki, azərbaycanlı aktrisa İlahə Həsənova festivalda mükafata layiq görülüb.
Həsənova mükafatı filmdəki Sara roluna görə “Tammetrajlı bədii filmin ən yaxşı aktrisası” nominasiyası üzrə alıb.