Azərbaycanın ilk diktorlarından biri Natavan Hacıyeva vəfat edib.
Axşam.az xəbər verir ki, bu barədə aparıcı Zaur Baxşəliyev İnstaqramda məlumat yayıb.
Onun hansı səbəbdən dünyasını dəyişdiyi bilinmir.
***
Azərbaycanın əməkdar artisti, tanınmış diktor Natəvan Hacıyeva dünyasını dəyişib.
Bu barədə ONA-ya AzTV-dən məlumat verilib.
N.Hacıyevanın qızı Cəmilə Davudovanın verdiyi məlumata görə, anası xərçəng xəstəliyindən əziyyət çəkirdi: "Xəstəliyi barədə ötən ilin noyabrında bildik. Bir ay olardı ki, vəziyyəti pisləşmişdi".
N.Hacıyeva ilə vida mərasimi sabah saat 14.00-da yaşadığı mənzildə olacaq. O, Yasamalda köhnə qəbiristanlıqda dəfn olunacaq.
Qeyd edək ki, 1942-ci ildə anadan Natəvan Hacıyeva 1960-ci ildə efirə çıxıb. O, AzTV-nin ilk rəsmi diktoru olub.
Allah rəhmət eləsin!