Fuad Poladova həsr olunan tamaşa nümayiş olunacaq

Fuad Poladova həsr olunan tamaşa nümayiş olunacaq
3202 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 24-də mərhum Xalq artisti Fuad Poladova həsr olunan “Köhnə telefon” tamaşası Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində tamaşaçılara təqdim olunacaq.

Axşam.az xəbər verir ki, tamaşada baş rolu aktyor Hikmət Rəhimov ifa edəcək. Həmçinin, Əməkdar artist Münəvvər Əliyeva və aktrisa Fidan Bayramova da tamaşada rol alacaqlar.

Qeyd edək ki, Paul Villardın “Köhnə telefon” əsərinin quruluşçu rejissoru Əbdülqəni Əliyevdir.