İlham Əliyevdən İTV-nin rəhbəri ilə bağlı Sərəncam

İlham Əliyevdən İTV-nin rəhbəri ilə bağlı Sərəncam
2764 dəfə oxunub
  • A-
  • A
  • A+

Prezident İlham Əliyev Rusiyanın birinci kanalında yayımlanan "Nə? Harada? Nə zaman?" Televiziya Klubu Komandası üzvləri haqda Sərəncam imzalayıb.

Axşam.az xəbər verir ki, Sərəncama əsasən, onlar "Tərəqqi" medalı ilə təltif ediləcəklər.

Sərəncamda deyilir:

"Azərbaycan gəncliyini beynəlxalq intellektual oyunlarda layiqincə təmsil etdiklərinə görə "Nə? Harada? Nə zaman?" Televiziya Klubu Komandasının üzvləri Qasımov Balakişi və Talıbov Elman "Tərəqqi" medalı ilə təltif edilsinlər".

Qeyd edək ki, Balakişi Qasımov İTV-nin yeni rəhbəridir. O, vəzifəsini ötən ildən icra edir.