"Borcu ödəmək üçün nə qədər toy oxumalıyam" - Əməkdar artist

"Borcu ödəmək üçün nə qədər toy oxumalıyam" -  Əməkdar artist
1828 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, Əməkdar artist Elza Seyidcahan "Sənə bənzər" adlı solo konsert verib.

Müğənni konsert təəssüratlarını Axşam.az-la bölüşüb. İfaçı bildirib ki, tədbir üçün külli miqdarda pul xərcləyib:

Ötən gündən sənət dostlarım konsertlə bağlı paylaşımlar edir, fikirlərini bölüşürlər. Çox sevinirəm ki, belə böyük bir işin öhdəsindən gəldim. 

Böyük xərclərin hamısını özüm ödədim. Bundan sonra nə qədər toy oxumalıyam ki, borclarımı ödəyim. Rəqqasələrin paltarlarına qədər öz cibimin pulu ilə tikdirdim. Konsertdən bir gün əvvəl də toy oxudum. Bu konsertin milyonlarla xərci var. Mənə dəstək olan insanlar oldu, amma böyük qismini özüm ödədim.

Toya yemək üçün getmirəm. Toya gedib, pul qazanıb, sənətimə xərcləyirəm. Konsertdə Nazənin tort gətirmişdi, gecə gəlib ondan böyük bir parça yedim və yatdım. Çünki tədbirdə o qədər rahatladım ki...".