Bakıya Sem Smitin yerinə o gələcək

Bakıya Sem Smitin yerinə o gələcək
1108 dəfə oxunub
  • A-
  • A
  • A+

“Formula-1” Qran-Prisi çərçivəsində planlaşdırılan konserti ləğv olunan müğənni Sem Smiti Bakıda əvəz edəcək sənətçi müəyyənləşib.

Axşam.az Oxu.Az-a istinadən xəbər verir ki, Smitin yerinə Bakıya əslən britaniyalı olan Cessi Cey gələcək.

Bildirilir ki, Sem Bakıdan öncə verməli olduğu daha iki konsertini ləğv edib. Onun əvəzinə isə “Kristall Hall”da əslən britaniyalı müğənni Cessi Cey çıxış edəcək. Konsert 27 apreldə baş tutacaq.

Qeyd edək ki, dünya şöhrətli müğənni Cessi Cey gənclər arasında ən çox dinlənilən sənətçilərdəndir. 2010-cu ildə buraxdığı “Do It Like a Dude” ilk debüt albomu Britaniyada birincilik əldə edib.