Sem Smit Bakıya gələsi olmadı

Sem Smit Bakıya gələsi olmadı
759 dəfə oxunub
  • A-
  • A
  • A+

“Formula 1” yarışları çərçivəsində Bakıda konsert verməsi planlaşdırılan dünya şöhrətli ulduz Sem Smitin səfəri təxirə düşüb.

Axşam.az xəbər verir ki, bu barədə yarışmanın rəsmi səhifəsində məlumat verilib.

“Dərin təəssüf hissi ilə bildiririk ki, Sem Smitin şənbə günü Bakıda keçirilməsi planlaşdırılan konserti bizdən asılı olmayan səbəblərdən baş tutmayacaq.

Ötən həftə Cənubi Afrika Turunu yarımçıq qoymasının ardından, Sem həkimlərin tövsiyəsi ilə çıxışlarına fasilə verməli olub.

Ümid edirik ki, Sem tez bir zamanda səhhəti ilə bağlı problemləri aradan qaldıracaq və yaxın gələcəkdə onu Bakıda qonaq edəcəyik” deyə, açıqlamada bildirilib.

Qeyd edək ki, Smitin "Formula 1" yarışması çərçivəsində olacaq Bakı konserti aprelin 27-də olmalı idi.