Hadise onu izləyən seksual manyakdan şikayətçi oldu

Hadise onu izləyən seksual manyakdan şikayətçi oldu
11498 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli ifaçı Hadise fanatını prokurorluğa şikayət edib.

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, buna həmin şəxsin müğənniyə seksual xarakterli mesajlar yazması səbəb olub.

Sənətçi bildirib ki, gələn mesajlar onu ürküdür. Hadise gələn mesajlara cavab vermədikdə isə sözügedən şəxs onun evinə məktub yollayıb.

Bildirilir ki, məktubda şeirlər və seksual xarakterli yazılar yer alıb.

Hadise prokurorluğa müraciətində “Məni izləyir, həyatımla bağlı bütün detalları bilir. Məşhur bir şirkətdə işlədiyini bildirən kartlar yollayır. “Yeni ildə Parisə getmişdin, məni kimlərlə aldatdın?”, “Sviter və qara ətək geyinirsən” deyə, mesajlar yazır” sözlərini yazıb.