Həftəsonu beş tamaşa olacaq

Həftəsonu beş tamaşa olacaq
10852 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu üçün beş səhnə əsəri hazırlayıb.

Axşam.az xəbər verir ki, səhnə əsərləri klassik və çağdaş əsərlər əsasında hazırlanıb. Belə ki, tamaşaçılar aprelin 19-da “Dəlinin qeydləri”, aprelin 20-də isə “Şirinlər” və “Dəlixanada qətl” tamaşalarına baxa biləcəklər.

Aprelin 26-da sənət ocağının kiçik səhnəsində “Cəza”, 27-də isə “Şahzadə Xəzərin nağılı” və “Mən gəldim qızlar” tamaşaları göstəriləcək. Bundan başqa, aprelin 28-də “Tıq-tıq” xanım” və “Pəri cadu” tamaşaları nümayiş ediləcək.

Qeyd edək ki, ötən həftəsonu sənət ocağı beş səhnə əsəri ilə çıxış etmişdi.