"Günah kişilərdədi ki, sizə pul verirlər" - Əməkdar artist bu sözləri kimə deyir?

"Günah kişilərdədi ki, sizə pul verirlər" - Əməkdar artist bu sözləri kimə deyir?
1551 dəfə oxunub
  • A-
  • A
  • A+
"Biz şou-biznes adamı deyilik, sənət adamıyıq. Şou-biznes o demək deyil ki, nə istəsən et gündəmə gəl. Gündəmə sənətkar yox, sənət adamı kimi gələ bilərsən".

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Cavanşir Məmmədov "Şou news" verilişinə açıqlamasında deyib. Müğənni adını çəkmədiyi bir ifaçının ünvanına təhqirlər səsləndirib.

Müsahibə zamanı Məmmədov qeyri-etik ifadələr də işlədib, həmin an isə onun səsini bağlayıblar:

"Sanballı sənət adamı kimi gəl gündəmə. Təki özümü bura soxum, qapı açıqdı, girim yer taparam deyirlər. Sən nəyi nə ilə sintez edirsən? Gözümün içinə yaxşı bax, sənə deyirəm. Sənətə o cür gəlmirlər. Günah sizdə yox, bizim kişilərdə ki, pul verib aparır məclisə. Arvadı, qızı ilə şəkil çəkdirir. Kişi bir-iki saatlıq kefə görə nəslini, ailəsini qurban verər? Mentalitet deyəndə, palazın altında danışırıq? Biz kimik, kim olmuşuq, hara gedirik? Gözəl musiqisi olan bir xalqın içərisində alaq otları var ki, ziyan verirlər".