“Dəfələrlə oğlan övladımı itirmişəm” - Məleykə Əsədova

“Dəfələrlə oğlan övladımı itirmişəm” - Məleykə Əsədova
3177 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Məleykə Əsədova “Şou ATV” proqramının qonağı olub.

Axşam.az xəbər verir ki, o, şəxsi həyatı ilə bağlı etiraflar edib. Müğənni bildirib ki, qızından əvvəl oğlan övladlarına hamilə olub.

“Çox övladım olub, amma itirmişəm. Qızımın da dünyaya gələcəyini demək istəmirdim. Oğlan övladları itirmişəm. Bətnimdə dünyalarını dəyişirdilər. Həmişə qız arzulamışam. Hətta oğluma libaslar da almışdım. Amma qismət olmadı” deyə, Əsədova bildirib.

Qeyd edək ki, sənətçinin Gülər adlı bir qızı var.