Tom Kruz və Keti Holmsun qızı böyüdü - Fotolar

Tom Kruz və Keti Holmsun qızı böyüdü - Fotolar
12274 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Tom Kruzun Keti Holmsdan doğulan qızı Surinin 13 yaşı tamam olub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-York küçələrində gəzintiyə çıxan qız paparassilərin obyektivinə tuş gəlib.

Kiçik yaşlarında hündürdaban ayaqqabılarına görə həmişə tənqid edilən Surinin sadə stili diqqət çəkib.

Kruz və Holmsun qızı ağ çiçəkli bric, ağ gödəkcə geyinib. O, geyimini altıdüz ayaqqabı ilə tamamlayıb.

Qeyd edək ki, Keti Tomdan boşandıqdan sonra qızı Suri onunla qalıb. Son vaxtlar Suri tez-tez tək gəzməyə çıxır. Əvvəl hər zaman dodaq boyasından, makiyajdan istifadə edən Suri böyüdükcə onlardan əl çəkib.