Meqan Markl övladına amerikalı dayə axtarır

Meqan Markl övladına amerikalı dayə axtarır
11657 dəfə oxunub
  • A-
  • A
  • A+

İngiltərə kral ailəsinin yeni gəlini Meqan Markl ilk uşağını dünyaya gətirməyə hazırlaşır. O, əri şahzadə Herri ilə birlikdə dayə axtarışına çıxıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Meqan övladı üçün amerikalı dayə tapmaq istəyir. Bu isə kral ailəsinin adət-ənənəsinə ziddir. Çünki bu ailənin uşaqlarına İngiltərənin dayəlik üzrə ixtisaslaşmış Norland Kollecinin məzunu olan dayə baxmalıdır.

Meqan isə amerikalı olduğu üçün dayənin öz vətənindən biri olmasını istəyir. Cütlüyün kişi dayəyə üstünlük verəcəyi də iddialar arasındadır.