Sibel Tüzünə danışmaq qadağası

Sibel Tüzünə danışmaq qadağası
11316 dəfə oxunub
  • A-
  • A
  • A+

"Olaylara gəl" adlı yeni mahnısının tanıtımı üçün güclü qrafiklə çalışan Sibel Tüzünün səs tellərində qanaxma olub.

Axşam.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, həkimlər müğənninin danışmasına qadağa qoyublar.

Bununla bağlı İnstaqram hesabında paylaşım edən ifaçı radioda çalışanlardan üzr istəyib:

“Məndən audio və video gözləyən radioda çalışan dostalrımdan üzr istəyirəm. Səs tellərimdə qanaxma olub. Həkimim 2 gün boyunca danışmağıma icazə vermir. "Olaylara gel" deyərkən nəzərlərə gəldik".