Nil Karaibrahimgil sevincdən ağladı

Nil Karaibrahimgil sevincdən ağladı
11712 dəfə oxunub
  • A-
  • A
  • A+

Türk söz yazarı və müğənni Nil Karaibrahimgil "Türk Eğitim Vakfı" ilə birlikdə həyata keçirdiyi "Nilin qızları" layihəsi çərçivəsində təqaüd alan tələbələrlə görüşüb.

Axşam.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, təqaüdçü qızlar müğənniyə sürpriz ediblər.

Onlar ifaçını layihə üçün yazılan mahnını səsləndirərək qarşılayıblar. Bu səhnə qarşısında sevinc göz yaşlarını saxlaya bilməyən müğənni qızlarla söhbət edib və onların suallarını cavablandırıb.