Müğənni Ajda Pekkan yaşına baxmayaraq illərə meydan oxuyan sənətçilərdəndir.

Çoxları onun bədən quruluşunun sadəcə estetik mudaxilələrinin nəticəsi olduğunu desə də, müğənninin oz cavanlıq sirləri var.

Axşam.az xəbər verir ki, 72 yaşlı ifaçının çox ciddi pəhriz sistemi var.

Bu sistem məşhur dietoloq Ender Saraç tərəfindən hazırlanıb.

Ajda günə müxtəlif növ pendirlər, tərəvəz, və taxıl çörəyi yeməklə başlayır. Gün ərzində isə əsasən bol proteyinli qidalar qəbul edir. Həftədə 3 dəfə idmanla məşğul olur.

Şirniyyatı çox sevdiyini deyən müğənni tünd şokolad yediyini bildirib.

Müğənninin bu qədər cavan görünməsinin sirrinin isə bir eliksirdə olduğunu iddia edənlər var. Vikinq Mağarasının yaxınlığında, okean suyu və bir çox fərqli bitkilərlə hazırlanan bu xüsusi içki xalq arasında ölümsüzlük məlhəmi kimi tanınır.

Bir litri 500 min dollar olan içki 50 ml.- lik şüşələrdə satılır. Ajda Pekkan şüşəsi 25 min dollarlıq bu xüsusi içkini ildə orta hesabla 2 dəfə istifadə edir. Ölümsüzlük içkisi adlandırılan eliksirin bütün hüceyrələri təzələdiyi və insana enerji verdiyi iddia edilir. Tailandda satılan bu içkidən dünya şöhrətli bir çox siyasətçi, idmançı, aktyor və müğənnilərin də içdiyi bildirilir.



                 

Digər