İtkin düşən səyahətçi ağaca zəncirlənmiş halda tapıldı - Fotolar

İtkin düşən səyahətçi ağaca zəncirlənmiş halda tapıldı - Fotolar
14056 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiya sakini 31 yaşlı İvan Klyuçarovun skeleti agaca zəncirlənmiş halda tapılıb.

Axşam.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Rusiyanın bütün bölgələrini gəzərək fotolar paylaşan səyahətçi 2017-ci ildə Çerusti kəndinə getmişdi. Həmin vaxtdan bəri ailəsi ondan xəbər ala bilməmişdi.

Uzun müddətdir polis tərəfindən axtarılan səyahətçinin bir meşədə ağaca zəncirlənmiş halda skeleti tapılıb. Ekspertizanın rəyinə əsasən o, 2018-ci ilin mayda ölüb.

Daha maraqlı məqam isə İvanın öz-özünü ağaca zəncirləməsi və açarı yerə atdığı olub. Onun dostları ifadələrində İvanın tez-tez insanın çətin vəziyyətlərdə neçə müddət sağ qaldığını öyrənmək üçün bənzər təcrübələr həyata keçirdiyini deyiblər.

Anası isə bu ehtimal ilə razılaşmır. O oğlunun öldürüldüyünü deyir. İstintaq hələlik davam edir.