“Taxt oyunları”na 24 saatda 54 milyon adam baxdı

“Taxt oyunları”na 24 saatda 54 milyon adam baxdı
11031 dəfə oxunub
  • A-
  • A
  • A+

“Taxt oyunları”nın səkkizinci mövsümünün premyerası ekran işinin indiyədək ən çox izlənilən bölümü olub.

Axşam.az xəbər verir ki, bu barədə dijital pirat analitik şirkəti – “Muso” bildirib ki, serial 24 saat içərisində 54 milyon dəfə izlənilib.

“Muso”nun məlumatına görə, ekran işinin ilk yeddi mövsümü bu ay ən çox izlənilən 25 proqram arasındadır. Buna səbəb isə indiyədək baxmayanların, səkkizinci mövsümün premyerasınadək serialın normal axışına çatmaq istəyidir.

Qanuni olaraq HBO kanalından serialı izləyənlərin sayı isə 17,4 milyon nəfərdir. Yeddinci mövsümü 16,9 milyon rəsmi izlənilmə sayı olan “Taxt oyunları” bu dəfə rekordunu təzələyib.

Qeyd edək ki, serial Hindistanda 9,5 milyon, Çində isə 5,2 milyon dəfə qeyri-qanuni izlənilib. Onu da bildirək ki, yeddinci mövsümün ilk seriyası 72 saatda 120 milyon dəfə izlənilmişdi.