Arvadı xəstəxanalıq olan Orhan Gencebaydan yazdı

Arvadı xəstəxanalıq olan Orhan Gencebaydan yazdı
11123 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, ötən gün Orhan Gencebay xəstəxanaya yerləşdirilib.

Axşam.az xəbər verir ki, onun reanimasiyada olduğu bildirilib.

Ancaq müğənninin həyat yoldaşı Sevim Emre məsələ ilə bağlı açıqlama yayıb.

“Orhan xəstəxanadadır, amma reanimasiyada deyil. Damarlarına üç stend taxılıb, hazırda sağlamlığı yerindədir” deyə, Sevim bildirib.

Türkiyəli ifaçılar sosial şəbəkədə Sevimin paylaşımına rəy yazaraq, Gencebaya şəfa diləyiblər.