Şahzadə Diana sarayda qabları yuyurmuş

Şahzadə Diana sarayda qabları yuyurmuş
13209 dəfə oxunub
  • A-
  • A
  • A+

1989-2000-ci illərdə sarayda aşpazlıq edən Karolin Robb Şahzadə Diananın özəl həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

Axşam.az xəbər verir ki, 53 yaşlı aşpaz "Sunday Times" qəzetinə verdiyi reportajda Diananın çox gözəl yeməklər hazırladığını deyib.

"Şahzadə bəzən mətbəxdə qabları yumağa kömək edir, bəzən də ayaqqabılarını çıxarıb bizimlə söhbət edirdi" deyə, Karolin bildirib.

Qeyd edək ki, şahzadə Çarlzla 1996-cı ildə boşanan Diana 1997-ci ildə avtomobil qəzası nəticəsində 36 yaşında vəfat etmişdi.