Müğənni Elçin Cəfərov Türkiyənin ATV kanalında yayımlanan "Hercai" serialındakı Miran obrazına bənzədilməsinə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, sənətçi bu halın onu əsəbiləşdirdiyini söyləyib:

"Şlyapa qoyursan Kənan Doğulu, saçını yuyub çıxırsan Miran deyirlər. Necə olacaq bizim axırımız? Saqqal formasını dəyişirsən deyirlər ki, Tarkana bənzəyir. Bir sözlə, özümüz ola bilmirik. Qonaqpərvərik - başqalarını çox sevməyi xoşlayırıq. Şokoladın ən yaxşısını qonağa veririk. Bu, çox pisdir. Düzdü, məni narahat etmir. Amma özümüzə dəyər verməyi bacarmırıq, budur məni narahat edən. Mən olmayım, başqa sevilən müğənni olsun. 17 yaşımdan bəri sənətdəyəm. Bu sənətə canımı qoymuşam, sizin xoşunuza gəlmək üçün müəyyən pillələrdən keçmişəm, işlər gömüşəm. Amma bu reaksiyalar məni narahat edir.

Niyə biz özümüzü sevmirik? Saç, saqqal tərzini dəyişmək normal haldır. Məni sizin yazdıqlarınız narahat edir. Hər insan özüdür. Sənətçi birə-bir özünə tərz seçmir. İstedadı olur, görür-götürür. Başqa ölkələrin müğənnilərinə baxır, geyim tərzi, oxumaq stilini də götürə bilər. Bizim qanımızda muğam axır, amma oxu tərzim popdur. Geyimi də başqa ökələrdən götürürük. Türkiyə Avropadan, biz Türkiyə və Avropadan götürürük. Mənim İtaliya xoşuma gəlir. Məni narahat edən budur ki, niyə iki gündür çıxmış aktyora illərimizi qurban verirsiniz? Miran indi məşhurdur, Burak Özçivit ondan əvvəl gündəmdə idi... Sabah başqası olacaq. Onda belə çıxır ki, kim çıxsa biz özümüzünküləri qurban verək? Sevmirsiz bizi? Özümüzə dəyər verək, sevək. Yenə yazacaqlar Miran... Elçin, Elçin Cəfərov".

Qeyd edək ki, müğənninin Miran obrazına bənzədilməsinə səbəb onun etdiyi imici dəyişikliyi və həmin ərəfədə serialın populyarlaşmasıdır.


loading...


                 

Digər