Müğənni Talıb Tale atası Ələsgər Ələsgərovun vəfatından danışıb. 

Axşam.az milli.az-a istinadən xəbər verir ki, sənətçi atasının son nəfəsinə yetişə bilmədiyini deyib. Talıb bildirib ki, atası ölümündən iki gün əvvəl əməliyyat olunubmuş:

"Atam dünyasını dəyişəndə yanında ola bilmədim. Müalicə üçün rayondan Bakıya gətirmişdik. Həkimlər dedilər ki, "Vəziyyəti qənaətbəxşdir. Hələ ki, bir neçə ay yaşaya bilər". Bakıda özəl klinikada əməliyyat olunmuşdu. İki gün sonra rəhmətə getdi. Qayıdırdım Bakıya, yoldaydım artıq. Zəng vurdular ki, belə-belə...".

Talıb atasının ona son sözündən danışıb:

"Dedi ki, mənə nəsə olsa, işini yarımçıq qoyma. Mənə görə işlərindən qalma, onsuz da xəstəyəm".

Özümü günahkar sayıram ki, toyumu görə bilmədi, çünki bir az gecikdi. Ona görə peşimanlıq çəkirəm. Düzdür, özü iştirak edə bilməyəcəkdi. Amma yenə də biləcəkdi ki, toyum oldu".

Qeyd edek ki, Ə.Ələsgərov dializ xəstəsi idi.



                 

Digər