"Şahruk Xanla, Mithun Çakrobarti ilə bir yerdə açılışlarda olmuşam. Salman Xan mənə qiymət verib, Hindistan camaatından mənə səs istəyib. Mathuri Dikşan mənə qiymət verib, deyib, bu qız ikinci mənəm".

Axşam.az-ın məlumatına görə, bu sözləri rəqqasə Oksana Rəsulova rejissor Nail Naiboğlunun "21 sual" adlı "Youtube" layihəsində deyib. Sənətçi şəxsi həyatı ilə bağlı sualları cavablandırıb:

"İndiyənə qədər şəxsi həyatımı gizlətmədim deyə, bədbəxt idim. Daim problem, söz-söhbət, qalmaqal yaşayırdım. İndi nə mən, nə də həyat yoldaşım bunu istəyir. Adının hallanmasını istəmir.

Oksananın şəxsi həyatı hər zaman maraqlı olub. Oksana gözəlliyi, baxımlığı, qadınlığı ilə kişilərin diqqətində olub. İnstaqramda və Facebook-da məni 70 faiz kişilər, 30 faiz qadınlar izləyir. Qadınların yalnız 10 faizi fanatımdır. 20 faizi isə mənə paxıllıq edənlərdir".

"Elşad ana olanda səni təbrik etdi" sualına Oksana "Ondan təbrik gözləmirdim, heç o haqda düşünmürdüm də. Elşad təbrik etmədi, amma siz mənə yaxın olub, təbrik etməyənlərdən danışın" cavabını verib.

Oksana "Mələyin öpüşü" filmində keçmiş əri, reper Elşad Xose ilə öpüşmə səhnəsindən bir daha söz açıb:

"Həmin vaxt Elşada heç bir hissim yox idi. O səhnə də məndə heç bir hiss yaratmadı, filmə aid olan bir şey idi. Orada öpüş nifrətdən gəlirdi, məhəbbətdən yox. Ona pozitiv fikirlə yanaşmırdım. Başqa aktyorla da o, səhnəyə çəkilməzdim".

Oksana "Erotik səhnəyə çəkilərdin" sözlərinə "Aktrisa hər bir səhnədə çəkilməlidir, amma Azərbaycanda yox" deyərək, münasibət bildirib.



                 

Digər