Qeyri-sabit hava şəraiti bir neçə gün davam edəcək

Qeyri-sabit hava şəraiti bir neçə gün davam edəcək
1296 dəfə oxunub
  • A-
  • A
  • A+

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bu ayın ikinci ongünlüyünün sonuna kimi davam edəcək.

Bu fikirləri Axşam.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv xarakterli olacağı ehtimalı var.

“Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Proqnozlaşdırıldığı kimi, temperaturlar ötən günlərlə müqayisədə 7-10 dərəcə aşağı enib”, - G.Məmmədova əlavə edib.