Əməkdar artist Rəşad İlyasov müğənni Nura Surinin onunla bağlı ittihamlarına cavab verib.

Axşam.az-a açıqlama verən, sənətçi həmkarının "Toyda Rəşadın işçiləri mahnımı kəsdilər" iddiasını qəbul etmədiyini deyib:

"Belə bir şey ola bilməz. Gəldi ifa etməyə, əvvəl bilmədik nə oxuyacaq. Gördük mahnısı kəsildi, ikinci dəfə kəsiləndə yaxınlaşdım. Bəyin anası dedi ki, problem var, kömək edəK? İnsanlarda bizi gözləyirdilər. Səs rejissoru dedi, disk işləmir. Nuraya dedim canlı oxuyaq, oxuduq. Pis alınmadı. Musiqiçilərim də onu müşayiət etdilər. Hətta Nura xanımın fonoqramı bitmişdi, onun tonallığında ifa etdik. İnsanlara dedim ki, ekspromt idi, necə alındı? Hamı dedi, əladır.

Gedəndən sonra gördüm belə bir şey yazıb. Heç bir sənət dostuma belə bir şey etmərəm. Bir ifaçı ilə aram yox idi, amma məclisdə onu təqdim etdim.

Nura xanımın yazdığı statusdan sonra səs rejissorumdan soruşdum, dedi, onun mini diskini gətirdilər. Taxdıq "eror" yazdı, Nuraya dedik, amma qayıtdı ki, bizlikdi, taxın. Nura xanımın köməkçisi deyib ki, iPad-lə oxuya bilmərik. Onun ucbatından, diski köhnə olduğu üçün baş verib. Yalan danışmasın. Musiqiçilər də, mikrofon da oradadır, ürəyi istəyirdi oxuyardı. Orada ən yüksək səviyyəli aparatlar var idi, heç kimin boynuna atmasın. Rəşadın işçisi bunu hansı haqla edə bilər?".

Qeyd edək ki, Nura Rəşadın ünvanına "Bax belə alçaqlıq edirlər müğənnilərə qarşı. Elə bilirsiz asandır belə əclafların arasında baş çıxarmaq. Rəşad İlyasovun işçisidir. İki dəfə mahnımı kəsdirdi. Yaxşı ki, çəkib göndəriblər, özüm şahidi oldum. Sonra da gəlib ki, canlı oxuyaq. Öz tonallığında oxutdurdu məni. Yaxşı ki, əsəbiləşmədim və belə hallara hazıram" sözlərini deyib.



                 

Digər