Xəbər verdiyimiz kimi, türkiiyəli iş adamları Hakan Sabancı və Hacı Sabancı sevgililəri ilə “Coachella” festivalına yollanıblar.

Axşam.az xəbər verir ki, Hacının yanında sevgilisi Nazlı Kayı, Hakanın yanında isə Dila Tarkan olub.

Türkiyəli prodüser Erol Köse isə Sabancı ailəsi haqda şok iddia ortaya atıb. O söyləyib ki, Dila əvvəllər Hacı Sabancının sevgilisi olub.

“Dila Tarkan əvvəllər Şeyma Subaşının rəfiqəsi olub, Eser Yenenlerlə sevgili olmuşdu.  Rəhmətlik Sabancı böyüklərinin sümükləri sızlayır. “Dallas” və “Aşkı memnu” belə bu tablonun yanında sönük qalır. Düşünün ki, hazırki sevgiliniz, əvvəllər qardaşınızın sevgilisi idi. Belə görünür ki, Hakan qardaşının keçmiş sevgililərini izləyir. Ölkədə qadın qalmayıb ki, qardaşının sevgilisi ilə gəzirsən? Təəssüf ki, Sabancılar bu hala düşüb” deyə, Köse yazıb.

Qeyd edək ki, Hakan Sabancının müğənni Hadisə ilə də sevgili olması iddiası yayılmışdı. Daha sonra o, qısa müddət Merve Boluğurla sevgili olmuşdu.




loading...


                 

Digər