Müğənni Lətifə Soyuöz toy məclislərindən birində geyindiyi libasla diqqət çəkib.

Axşam.az-a açıqlamasında sənətçi əyin-başının qiymətini açıqlayıb.

"Geyimləri çox sevirəm, amma ona çox pul xərcləməyə üstünlük vermirəm. Zinət əşyasını çox sevirəm. Mütləq brilyant və ya daha dəyərli olmalıdır" deyə, Lətifə söyləyib.

Libas - "Yes" moda evindəndir və qiyməti 2400 manatdır

Ayaqqabı - "Dolce & Gabbana" 1800 manat

Mirvari dəst - 16 min avro (təxminən 32 min manat)

Üzüklər - Bunlar hamısı brilyantdır, bir vaxtlar atam hədiyyə almışdı. Qiymətləri 7, 9, 12 min manatadır.

Saç və makiyaj - İfaçı bunun üçün pul ödəmədiyini deyib.

Çanta - 800 manat

Lətifənin üzərindəkilərin dəyəri ümumilikdə 65 min manatdır. 

 
 
 
 


                 

Digər