Mehriban Zəki Vyanada “Bulmuşam həqqi” ədəbi-bədii gecəsində - Fotolar

Mehriban Zəki Vyanada “Bulmuşam həqqi” ədəbi-bədii gecəsində - Fotolar
11283 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, xalq artisti Mehriban Zəki Vyanaya yollanmışdı.

Axşam.az xəbər verir ki, sənətçi orada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində dahi Azərbaycan şair-mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi
münasibətilə keçirilən muğam gecəsində iştirak edib.

Xalq artistinin sözlərinə görə, tədbirdə Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova, tanınmış alman alimi, nəsimişünas Mixael Raynhard Ness hürufi şairin dünya ədəbiyyatındakı rolundan söz açıblar.

Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yaradıcı heyəti “Bulmuşam həqqi…” adlı ədəbi-bədii gecə də təşkil edib. Zəki İmadəddin Nəsiminin qəzəllərinə bəstələdiyi mahnıları, rübailəri tələbələri gənc aktyorlar Ziya Ağa və Mirsənan Kazımla birlikdə ifa ediblər.

Muğam axşamında tanınmış qaval ustası Mahmud Salah, tarzən Emil Mirzəliyev, kamança ifaçısı Fərrux Haşımlının müşayiəti ilə xalq artisti Gülyanaq Məmmədova Nəsiminin qəzəllərini ifa edib.