"Rus barbi" olaraq tanınan Tatyana Tanya Tuzova gəlinciyə bənzəmək üçün dəfələrlə plastik əməliyyat etdirib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o bu iş üçün 120 min dollar xərcləyib.

32 yaşlı qadın eyni zamanda sahib olduğu 1520 barbi gəlinciyi ilə dünya rekordu qırmağa hazırlaşır.

Hər zaman çəhrayı paltarlar geyinən Tatyana gələcəkdə soyadını da "Barbi" olaraq dəyişdirəcəyini deyib. Şəxsi həyatımdan danışan qadın dostlarının olmadığını söyləyib:

"Dostlarım yoxdur. Dost tapmaq üçün zamanım da yoxdur. Yanlızlığı sevirəm. Heç kim fikirlərimə qarışmır. Bu cür həyatı çox sevirəm. Hazırda işləyirəm, mahnı bəstələyirəm, mükafatlar alıram, uşaqlar və yeniyetmə qızlar üçün paltar dizayn edirəm. Gündəlik paltarlarımın hamısı çəhrayı rəngdədir. Bu rənglərdən bezmirəm, çünki çəhrayının çox fərqli tonları var".

Gənc qadın sosial şəbəkələrdə təhqirlərə də məruz qaldığını deyib:

"Barbi" olmaq mənim sənətim deyil. Yaşam tərzimdir. Təhqir edənlərə isə içki içmədiyimi, siqaret çəkmədiyimi deyirəm".

Qeyd edək ki, 5-ci evliliyini yaşayan "Rus Barbi"nin 11 yaşında bir oğlu var.


 











                 

Digər