Merve Boluğur müflis oldu

Merve Boluğur müflis oldu
13460 dəfə oxunub
  • A-
  • A
  • A+

Daha çox özəl həyatı ilə gündəmə gələn aktrisa Merve Boluğur ailəsinin yanına köçüb.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, Boluğur ötən aylarda psixoloji problemləri olduğu üçün xaricə müalicəyə getmişdi. 

Mervenin karyerası da bu aralar durğunlaşıb. Ailə həyatının bitməsi, biznesinin iflas etməsi və heç bir layihədən təklif almaması onu depressiyaya salıb. 

Hər şeyi yoluna qoymaq üçün Boluğur bir müddət ailəsi ilə yaşamaq qərarı verib. Boluğur Murat Dalkılıçla boşanandan sonra İstanbulun İstinye səmtində aylıq kirayə haqqı 5 min lirə olan evdə qalırdı. İndi isə o, evi təhvil verib.