Rəqsanənin anası Türkiyədə ağır əməliyyat olunacaq

Rəqsanənin anası Türkiyədə ağır əməliyyat olunacaq
2389 dəfə oxunub
  • A-
  • A
  • A+
"Ana kəlməsi mənim ən həssas yerimdir. Onsuz həyatı təsəvvür belə edə bilmirəm".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Rəqsanə İsmayılova İnstaqram səhifəsində yazıb. Sənətçi bildirib ki, anası bu gün əməliyyat olunacaq:

"Hazırda anam Türkiyədə çətin bir əməliyyata hazırlanır. Ürək əməliyyatı olacaq. Allahıma yalvarıtam, anamın nəfəsini bizə çox görmə. Anam bizim dünyamızdır. Zəhmətkeş, hər əzaba dözən, bizə görə qara saçını ağ edən anam... Bu günə qədər qaldırdığın yükü, çəkdiyin dərdlərə hansı ürək dayanardı ki... Anam bizim həm atamız, həm anamız olub. Boğazımda sözlər düyünlənib, Allah köməyimiz olsun".