Hülyadan keçmiş ərinə mesaj: "Səni yenidən alım?"

Hülyadan keçmiş ərinə mesaj:  "Səni yenidən alım?"
12276 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Hülya Avşar keçmiş əri Kaya Çilingiroğluna İnstaqramda hər kəsin diqqətini çəkən şərh yazıb.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, Çilingiroğlu İnstaqramda bir şəkil yayımlayıb.

Avşar ilk olaraq Kayanın şəklini bəyənib. Daha sonra isə aktrisa Çilingiroğluna "Vay, təkrar alım səni" şərhini yazıb.

Qeyd edək ki, Avşar 2005-ci ildə Çilingiroğlu ilə boşanıb. Cütlüyün Zehra adlı bir qız övladı var. Hülya son günlər tez-tez Çilingiroğluna söz atır.