“Bəs, Cenniferin bundan xəbəri var?”

“Bəs, Cenniferin bundan xəbəri var?”
12831 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli ifaçı Ziynet Sali qatıldığı “EYS” şouda Cennifer Lopezə bənzədilməsindən danışıb.

Axşam.az xəbər verir ki, müğənni ona bənzədilməkdən bezdiyini dilə gətirib:

“İllərdir ona bənzədilirəm. Hətta çəkilişlərdə də bundan qaçıram. Bunu yekəxanalıq kimi qəbul etməyin. Amma onu bəyənmirəm. Mənim üçün yaxşı sənətçi deyil. Səhnə şouları isə əladır”.

İzləyicilər isə sosial şəbəkədə Ziynetə “Bəs, Cenniferin bundan xəbəri var?”, “Sənin sənətin var ki, Cenniferi bəyənmirsən?” deyə, rəylər yazıblar.